Azərbaycana iki T38 “Stilet” batareyası gətirilib. İndi isə bu ölkə üçün daha böyük sifariş hazırlanır.
Oxu.Az ARMS-TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun “Tetredr” (“Stilet” zenit-raket kompleksinin istehsalçısı-red.) şirkətinin şirkət müdiri İqor Novikov bildirib.
İ.Novikovun sözlərinə görə, “Tetredr”ın on ildən artıqdır ki, əməkdaşlıq etdiyi Azərbaycanın silah arsenalında “Stilet” zenit raket-kompleksi mövcuddur.
“Biz “Stilet”i digər ölkələrə də çatdırmağa hazırıq”, - İ.Novikov bildirib.
Qeyd edək ki, “Tetredr” şirkəti perspektivli radioelektron silah sistemlərinin yaradılması və HM vasitələrinin modernləşdirilməsi üzrə aparıcı Belarus şirkətlərindən biridir.
T38 “Stilet” Belarus-Ukrayna avtomatlaşdırılmış qoşun zenit-raket kompleksidir.
Kompleks istənilən hava şəraitində istifadəyə yararlıdır və quru qoşunlarının müdafiə bölükləri, sənaye və hərbi obyektlərin müasir və perspektivli hava hücumu vasitələrindən qorunması üçün nəzərdə tutulub.
Osa-AKM ZRK-nı əvəz etmək üçün yaradılıb.
Hədəfi vurma məsafəsi 20 km, vurma hündürlüyü 0,0025-10 km, atəşə tutulan hədəfin maksimal kurs parametri 10 km. Bir ZUR hədəfin vurulma ehtimalı 0,90-dır.