“Ekmek için, Ekmel hoca” (Çörək üçün Ekmeleddini) – bu şüar altında Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Türkiyənin prezident kreslosu uğrunda mübarizəyə başladı.
Oxu.Az xəbər verir ki, Əkmələddin İhsanoğlu müxalifətdən olan yeganə namizəddir. Seçkilərin birinci turu avqust ayının 10-da olacaq.
O, 1943-cü ilin dekabr ayının 26-da Qahirədə anadan olub.
2005-ci ilin yanvar ayının 1-dən 2013-cü ilin dekabr ayının 31-nə kimi İslam Əməkdaşlıq Təşkilatının baş katibi olub.
Tatarıstanın Elmlər Akademiyasının xarici üzvü (2010). BMMDİ fəxri doktoru (2006).
“Ayn Şəms” Qahirə Universitetinin məzunu (təbiət elmləri bakalavrı).
1966-1970-ci illər “Ayn Şəms”də türk dili və ədəbiyyatı müəllimi.
1970-1980-cı illər Ankara Universitetinin müəllimi.
1984-2000-ci illər İstanbul Universitetinin tarix kafedrasının müəllimi.
2014-cü ilin iyul ayının 29-da Türkiyənin əsas müxalifət qüvvələri – CHP (Cümhuriyyet Halk Partisi) və MHP (Milliyyetçi Hareket Partisi) prezident seçkilərində müxalifətin yeganə namizədi kimi İhsanoğlunun namizədliyini irəli sürmək barədə razılığa gəliblər (seçkilərin ilk turu 2014-cü ilin avqust ayının 10-da baş tutacaq).