Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində quraşdırma işlərinin aparılması, qaz ölçü qovşağının yenidən qurulması, mövcud qaz kəmərinin mənbəyə birləşdirilməsi və siyirtmənin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 16:00-dək Suraxanı, saat 18:00-dək Qəbələ rayonuna, Xəzər rayonunun bir hissəsinə, həmçinin işlər başa çatanadək Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.