Dekabrın 16-da "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak hərraca çıxarılacaq.
Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərracda satışa çıxarılan əmlak Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binasıdır.
Binanın ümumi sahəsi 472.1 kvadratmetr, torpaq sahəsi isə 0.0314 hektardır. Hərracın ilkin qiyməti 582 min 883 manatdır.