Prezident İlham Əliyev “Qiymətli kağızlar haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.
“Report” xəbər verir ki, fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı aşağıdakı normativ xarakterli aktları 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
- Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların investisiya qiymətli kağızlarının emissiyası, kütləvi təklifi və tədavülü qaydası;
- Banklar və xarici bankların yerli filialları tərəfindən investisiya xidmətlərinin həyata keçirilməsi həcmini və qaydası;
- İnvestisiya şirkətləri üçün korporativ idarəetmə standartları;
- İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların fəaliyyəti və göstərdiyi xidmətlər barədə hesabatların tərtib və təqdim edilməsi qaydaları;
- İnvestisiya xidmətlərini (əməliyyatlarını) həyata keçirən bankların ixtisas şəhadətnaməsinə malik olmalı işçilərinin sayına dair tələblər;
- Məlumatın forması;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin icra orqanının və müşahidə şurasının üzvləri ilə, habelə xarici investisiya şirkətinin filiallarının rəhbərləri ilə müsahibə keçirilməsi qaydası;
- İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi üçün tələblər;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərdə informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələblər;