Yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisinin dövlət vergilərinə aid edilməsi gözlənilir.
Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişiklik təklif edilir.
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında qeyd olunub ki, bələdiyyələr yerli vergiləri toplamaqda problemlərlə qarşılaşırlar.
Deputatlar xüsusən bu vergi növü üzrə onların yığımlarının çox cüzi olmasına diqqət çəkiblər.
Layihədə bu vergi növü üzrə yığımların vergi orqanlarına tapşırılmasını təqdir ediblər.