Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bəzi kənd təsərrüfatı məhsullarının idxal rüsumu ləğv ediləcək
Azərbaycan bəzi kənd təsərrüfatı məhsullarına idxal rüsumunu ləğv edəcək, bəzilərinə isə ixrac rüsumu qoyacaq. Bu, daxili bazarı qorumaq və qiymətləri stabilləşdirmək məqsədi daşıyır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu, iki aylıq bir müddət ərzində tətbiq ediləcək ki, bazarda qiymətlər sabitləşsin.
Sonra yeni məhsul çıxacaq və bu rüsum yenidən qüvvəyə minəcək. Nazir bildirib ki, pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır:
“Gündəlik tələbata daxil olan məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki, soğanın qiymətində bahalaşma gedir. Bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar. İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırmaqla məşğuldur”.
Ş.Mustafayev bildirib ki, süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı hökuməti narahat edir. Hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək:
“Soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın dəyərinə 60 sent həcmində spesifik idxal rüsumu tətbiq olunurdu. Biz bunu aradan qaldırmaq istəyirik”.
Nazir bazarda aparılan monitorinqlərin davam etdiriləcəyini vurğulayıb.
İlhamə Abdullayeva
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
- Azərbaycanda satışda olan yanacaqlarla bağlı şikayətlər müzakirə edildi
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Naxçıvanda yeni istilik elektrik stansiyası tikiləcək
- Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları barədə İCMAL hazırlandı