Son bir ildə Azərbaycanda 454 411 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib.
Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, bunlardan 338 216 nəfəri (74,4 faiz) aylıq, 116 195 nəfəri (25,6 faiz) isə birdəfəlik sosial müavinət alanlar olub. Hazırda isə 2954 nəfər qadının 18 yaşına çatmamış 8794 nəfər uşağı bu müavinətlə təmin olunur.
Qeyd edək ki, ölkədə sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə aparılır.