Dünyanın əsas kriptovalyutası sayılan "Bitcoin"in dəyəri yüksəlməkdə davam edir.
Oxu.Az FED.az-a istinadən xəbər verir ki, "Bitcoin"in bu saata olan qiyməti 7245 dollar təşkil edir.
Xatırladaq ki, "Bitcoin"in dünən bu saatlara olan qiyməti 6851 dollar idi. Yəni "Bitcoin" bir gün ərzində 394 dollar və ya 5,7% bahalaşıb.
Amma bu, "Bitcoin"in bir həftə əvvəlki qiymətindən aşağıdır. Bir həftə əvvəl "Bitcoin" 7346 dollara satılırdı.
"Bitcoin Cash"ın qiymətində isə geriləmə müşahidə olunur. Belə ki, dünən bu saatlarda 1287 dollara olan "Bitcoin Cash" hazırda 192 dollar ucuzlaşaraq, 1095 dollara bərabər olub.
L.Ə.