Noyabrın 29-də bitkoinin məzənnəsi növbəti tarixi maksimuma çatıb.
Oxu.Az xəbər verir ki, bu haqda "Bitfinex" elektron birjasının nəticələrində bildirilir. Kriptovalyutanın dəyəri hərraclar zamanı 10,053 min dollara qədər qalxıb.
Beləliklə bitkoinin bazar dəyəri 170 milyard dollara yüksəlib. Kriptovalyuta "Mc Donald’s", "Goldman Sachs" və "Disney" kimi şirkətlərin bazar dəyərini geridə buraxıb.
Qeyd edək ki, bitkoin ən aşağı həddə - 5,857 min dollara noyabrın 12-də çatıb.
A.M.