Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

BMT Türk Dövlətləri Təşkilatı ilə gömrük sahəsində əməkdaşlığı sürətləndirir
"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin yerləşdiyi regionda elektron beynəlxalq yükdaşımalar mexanizminin tətbiqi ilə bağlı fəaliyyətimizin həyata keçirilməsində israrlıyıq və bununla bağlı tədbirlər görürük".
Oxu.Az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının gömrük xidməti rəhbərlərinin onuncu iclasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin deyib.
O söyləyib ki, BMT-nin Avropa İqtisadi Komissiyası TDT-yə üzv ölkələrlə əməkdaşlığa hazırdır:
"Elektron beynəlxalq yükdaşımalar mexanizmi hələ tam şəkildə tətbiq edilmir. Bu istiqamətdə işləri sürətləndirməliyik. Birincisi, gömrük sistemləri BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən idarə edilən elektron mexanizmə inteqrasiya edilməlidir. Daha sonra isə dövlətlər öz gömrük xidmətləri ilə elektronlaşma istiqamətində işlər aparmalıdırlar. Ümid edirəm ki, qarşıdakı aylarda bu regionda ticarətin və tranzitin tam şəkildə elektronlaşdırılmasına nail olacağıq".
D.Mariyasin deyib ki, indiyədək beynəlxalq yükdaşımalarda müxtəlif istiqamətlər üzrə irəliləyişlər əldə edilib, lakin sərhəddə keçid məntəqələrinin sayı azaldıla bilər.
D.Mariyasin xatırladıb ki, Türk Dövlətləri Təşkilatının 2040-cı ilə qədər dövrü əhatə edən strateji baxışı var və buraya gömrük, nəqliyyat ilə bağlı məsələlər daxildir.
Aləmdə Nəsib
"Türk Dövlətləri Təşkilatı (TDT)" teqi üzrə xəbərlər
- Davamlı müharibələr, tapılmayan həll yolu və yeni dünya düzəni: BMT-nin gələcəyi sual altındadır
- Novruz türk xalqlarının ümumi milli bayramı elan edilə bilər
- Milli Məclis tərəfdaşlıq sazişini ratifikasiya edib
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Türk dünyası üçün yeni iqtisadi və siyasi fürsət: Regional əməkdaşlıq gücləndirilir