Türkiyənin Bodrum Tanıtım Fondu Rusiyanın paytaxtı Moskva şəhərindən sonra Bakıda nümayəndəliyini açır.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nümayəndəliyin açılmasına səbəb azərbaycanlı turistlərin Bodruma cəlb edilməsidir.
Məlumatda qeyd olunur ki, fondun Bakı nümayəndəliyi 2015-ci ilin iyun ayında fəaliyyətə başlayacaq. Fondun Bakı ofisi azərbaycanlılara Bodrumun mədəniyyət və incəsənəti, tarixi barəsində məlumat verəcək.
Qeyd edək ki, Bodrumun bələdiyyə sədri Mehmet Kocadan bildirib ki, filiallarının sayını artıraraq Bodrumun adını digər ölkələrdə də markalaşdıracaqlar.
Ülviyyə R.Əli
www.oxu.az