Azərbaycan Şəhərsalma və Memarlıq üzrə Dövlət Komitəsi, Böyük Bakı regional inkişaf planına son düzəlişləri edir.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, layihənin yerinə yetirilməsi üzrə işçi qrupun direktor müavini Amin Məmmədovun bəyan etdiyi kimi, komitə bütün əlaqədar dövlət strukturlarından rəy alıb.
“Bu rəylərə əsasən komitənin mütəxəssisləri hal-hazırda Böyük Bakı regional inkişaf planına son düzəlişləri edirlər, bu işlər başa çatdırıldıqdan sonra, yaxın bir neçə ay ərzində planın son variantı Azərbaycan Nazirlər Kabinetinə təsdiq üçün təqdim ediləcək”, - A.Məmmədov deyib.