2015-ci ilərzində BP və onun tərəfdaşları sosial investisiya layihələrinə təkcə Azərbaycanda 4,5 milyon dollar xərcləyib.
Bu barədə “BP-Azerbaijan”dan Oxu.Az-a bildirilib.
“Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcəklər”, - deyə şirkətdən qeyd edilib.
Ülviyyə R. Əli
www.oxu.az