“BP-Azerbaijan” şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı ötən ilin yekunları ilə müqayisədə 191 nəfər və ya 7% artaraq, cari ilin I rübün axırına 2 926 nəfər təşkil edib.
Bu barədə Oxu.Az “BP-Azerbaijan” şirkətinin açıqladığı “Biznes əməliyyatları” hesabatına istinadən xəbər verir.
Qeyd edək ki, 2015-ci ilin sonu üçün şirkətdə çalışan Azərbaycan vətəndaşlarının sayı 2 735 nəfər olmuşdu.
“BP-Azerbaijan”dan həmçinin bildiriblər ki, bu gün şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir:
“Bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə beş azərbaycanlı vitse-prezident daxildir”, - deyə BP-dən qeyd edilib.
BP-dən qeyd edilib ki, şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var.
Ülviyyə R. Əli
www.oxu.az