Azərbaycanın “Şahdəniz” qaz kondensat yatağının işlənməsinin ikinci mərhələsinə 2018-ci ildə başlanacaq.
Oxu.Az xəbər verir ki, bunu “British Petroleum” şirkətinin rəhbəri Bob Dadli bildirib.
O qeyd edib ki, “Cənub qaz dəhlizi”nin bir hissəsi olan “Şahdəniz-2” BP-nin realizə etdiyi ən mürəkkəb layihələrdən biridir.
BP rəhbəri qeyd edib ki, layihə 2018-ci ildə istifadəyə veriləcək.
“Şahdəniz-2” hazırda cədvələ və büdcəyə uyğun həyata keçirilir.
L.Ə.
www.oxu.az