Dubayda (BƏƏ) yerləşən “Topaz Energy and Marine” şirkəti “BP Exploration (Caspian Sea) Ltd.” şirkəti ilə müqavilə imzalayıb. Şirkət Xəzər dənizində istifadə üçün BP-ni 14 gəmi ilə təchiz edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Topaz Energy and Marine” şirkətinin yaydığı məlumatda bildirilib.
Məlumata görə bu gəmilər Xəzərin Azərbaycan sektorunda yerləşən və BP şirkətinin operatoru olduğu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarında və “Şahdəniz” yatağının ikinci mərhələsində istifadə olunacaq.
Qeyd edək ki, hesablamalara görə, müqavilənin dəyəri 541 milyon dollardır. Şirkətin hazırda Azərbaycanda 21 gəmisi var.