Böyük Britaniyanın nəhəng BP neft şirkəti Xəzər dənizində platformalarının birində əməliyyatları planlı texniki xidmətlə bağlı dayandırır.
Oxu.Az-ın məlumatına görə,bu barədə Reuters agentliyi “BP Azərbaycan” şirkətinin mətbuat katibi Tamam Bayatlıya istinadla xəbər verir.
“Əməliyyatlar BP-nin Qərbi Azəri platformasında mayın sonunda üç həftəlik dayandırılacaq”, - o deyib.
Agentliyin SOCAR-dakı mənbəsi də bildirib ki, mayın sonunda Xəzərdə daha bir platformada işlər dayandırılacaq.