Yaxın Şərqdə münaqişənin əhəmiyyətli dərəcədə kəskinləşməsi fonunda neftin bahalaşması müşahidə olunur.
Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:20-də Londonun ICE birjasında sentyabr ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 1.48 dollar (1.78%) artaraq bir barel üçün 84.78 dollara satılıb. Əvvəlki sessiyada isə "Brent"in qiyməti 7.29 dollar (9.59%) bahalaşaraq bir barel üçün 83.30 dollar təşkil etmişdi.
Nyu-York Ticarət Birjasında (NYMEX) avqust ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin dəyəri 1.62 dollar (2.07%) artaraq bir barel üçün 79.76 dollar olub. Əvvəlki sessiyada isə WTI markalı neftin qiyməti 6.73 dollar (9.42%) bahalaşaraq bir barel üçün 78.14 dollara satılmışdı.