ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti yenidən 30 dolları keçib.
Bu barədə Oxu.Az investing.com-a istinadən xəbər verir.
Belə ki, hazırda Brent markalı neftin qiyməti bir barelə görə, 30,12 dollar təşkil edir.
Bundan başqa, WTI neftinin bir bareli 30 dollara satılır.
09:02
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,45 dollar və ya 1,58% bahalaşaraq 29 dollar olub.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarın 19-də keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,07% azalaraq 29,40dollar təşkil edib.
Ülviyyə R. Əli
www.oxu.az