Brent markalı neftin oktyabrda tədarükü müqaviləsinin fyuçers dəyəri Londonun İCE birjasında 3,9% ucuzlaşaraq bir barel üçün 43,72 dollardan ibarət olub, bu isə 2009-cu ilin mart ayından indiyə qədər ən minimal göstərici idi.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Alkesey Ulukayev neftin bir barel üçün qiymətinin 40 dollar səviyyəsindən “çox az bir müddət üçün” düşəcəyini istisna etmir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin neftin qiymətinin bir neçə il ərzində bir barel üçün 30-40 dollara enəcəyi barədə bəyanatını şərh edərkən Ulukayev bu dəyərləndirmə ilə razı olmadığını bildirib.