Avqustun 22-də Rusiyanın Saratov şəhərində Azərbaycan vətəndaşı olan qadın məktəbli formasını oğurlamağa cəhd edib.
Oxu.Az bu barədə Rusiya KİV-nə istinadla xəbər verir.
İlkin məlumatlara əsasən, saat 15:30 radələrində Kirov prospektində yerləşən “Uşaq dünyası” (“Detskiy mir”) mağazasına 48 yaşlı qadın gəlib. O, 3300 rubl (50 man. - red.) dəyərində məktəbli formasını oğurlamağa cəhd edib. Lakin cinayət əməli baş tutmayıb, o saxlanılıb.
Məlum olub ki, şübhəli şəxs 2010-cu ildən miqrasiya kartı əsasında Saratovda yaşayır. Azərbaycanlı qadına qarşı oğurluğa cəhd maddəsi ilə cinayət işi açılıb.