Dünya birjalarında Brent markalı neftin qiyməti 49 dolları keçib. Bakı vaxtı ilə saat 19:35-də keçirilən hərraclarda etalon markanın bir bareli 49,38 dollara satışa çıxarılıb.
Bu barədə Oxu.Az Londonun ICE birjasına istinadən xəbər verir.
Xatırladaq ki, bu gün, avqustun 28-də, keçirilən elektron əməliyyatlarda Brent markalı neftin qiyməti 46,64 dollaradək aşağı düşmüşdür.