Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bu şəxslər Azərbaycana turist göndərəcək - Rəsmi maaş alacaqlar
Azərbaycanın altı ölkədə xarici turizm nümayəndəliyi fəaliyyətə başlayıb. Bu nümayəndələr xarici vətəndaşlardır və onlar Azərbaycan Dövlət Turizm Bürosundan rəsmi əməkhaqqı alırlar.
Oxu.Az-ın sualını cavablandıran agentliyin icraçı direktor müavini Bəhruz Məmmədov bildirib ki, nümayəndələr Azərbaycana göndərdikləri turistlərin sayına görə marja almayacaqlar.
Agentliyin işçisi kimi əməkhaqqı alan bu şəxslər məsul olduqları regionlardakı bütün sərgi və tədbirlərdə Azərbaycanı təmsil edəcəklər və turizm məhsullarımızın təbliğinə çalışacaqlar.
Büro rəsmisi əməkhaqlarının ümumi məbləği barədə sualımıza cavab olaraq bu rəqəmi səsləndirə bilməyəcəyini bildirib.
İlhamə Abdullayeva
"Azərbaycan" teqi üzrə xəbərlər
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?