2014-cü ilin yanvar-iyun aylarında Gömrük Komitəsi Azərbaycanın büdcəsinə 732,81 milyon manat vəsait köçürüb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, 2014-cü ilin iyun ayı ərzində ümumi yığılan gömrük rüsumlarının məbləği 135 318,91 min manat təşkil edib.
Bunlardan gömrük rüsumları 63 515,46 min manat, ƏDV – 66 060,25 min manat, aksizlər – 4 327,97 min manat, yol vergisi – 1 415,24 min manatdır.
Mütləq ölçüdə cari ilin əvvəlindən altı ay ərzində 184 468,51 min manat gömrük rüsumları, 513 028,54 min manat ƏDV, 27 432,45 min manat aksizlər və 7 880,42 min manat isə yol vergisi təşkil edir.
2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə cari ilin yanvar-may aylarında rüsumların həcmi 14,53% artıb.
Gülnarə Zeynalova
www.oxu.az