2014-cü ilin yanvar-sentyabr aylarında Gömrük Komitəsi Azərbaycanın büdcəsinə 1 milyard 134,9 milyon manat vəsait köçürüb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən bildirir ki, 2014-cü ilin sentyabr ayı ərzində ümumi yığılan gömrük rüsumlarının məbləği 133 556,38 min manat təşkil edib.
Bunlardan gömrük rüsumları 41 136,95 min manat, ƏDV – 85 728,24 min manat, aksizlər – 5 114,39 min manat, yol vergisi – 1 576,81 min manatdır.
Mütləq ölçüdə cari ilin əvvəlindən doqquz ay ərzində 316 971,05 min manat gömrük rüsumları, 762 809,62 min manat ƏDV, 42 846,33 min manat aksizlər və 12 303,99 min manat isə yol vergisi yığılıb.
Gülnarə Zeynalova
www.oxu.az