Aprelin 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), “Qarabağ Taxıl” MMC, Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutu və “Kubanzerno” Tədqiqat və İstehsalat Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Oxu.Az xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Anlaşma Memorandumuna əsasən, tərəflər perspektivli toxum sortlarının sınaqdan keçirilməsi və əkilməsi sahəsində əməkdaşlıq edəcək, birgə məsləhətləşmə və seminarlar keçirəcək, eləcə də elmi-texniki və kommersiya əlaqələri yaradacaq.
Gülnarə Zeynalova
www.oxu.az