Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,7022 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu günə dolların rəsmi məzənnəsi 1,7022 manat olub.
12:50
Bu gün Mərkəzi Bank növbəti valyuta hərracı keçirir.
Oxu.Az xəbər verir ki, Dövlət Neft Fondunun hərraca çıxardığı valyutanın məbləği dəyişməyb.
Ötən hərracda olduğu kimi, bu gün də məbləğ 35 milyon dollar olacaq.
Xatırladaq ki, son hərracda manatın orta çəkili məzənnəsi azalaraq 1.7022 manat səviyyəsində formalaşıb.
E.Ə.
www.oxu.az