İstanbul Ticarət Palatası İdarə heyəti Başçısı İbrahim Çağlar qonşumuz İranla uzun zamandır ticari əlaqə müddətini yaxından izlədiklərini və buna uyğun da proaktiv tədbirlərin həyata keçiriləcəyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Çağlar qeyd edib ki, İranın xüsusilə banklar və sənayesi üzərindən embarqonun aradan qaldırılması Türkiyə-İran iqtisadi əlaqələrində yeni bir dövrün başladığını işarə edir.
Ötən ay İran Ticarət Palatası və 50 iş adamı ilə birlikdə Platada təşkil edilən görüşü xatırladan Çağlar “Plata olaraq İranı uzun zamandır izləyirik” bildirib.
“Ötən il İranın paytaxtı Tehranda böyük səs-küyə səbəb olan hazır geyim sərgisi təşkil etdik. İran iqtisadiyyat nazirinin də qatıldığı dəyirmi masa toplantısında iştirak etdik. Hər iki ölkənin iş adamlarının iştirak etdiyi seminarlar təşkil etdik. May ayında da Tehranda Türk məhsulları sərgisi (Expo Turkey in Iran) təşkil ediləcək. İnanıram ki, bu sərgi türk sərmayədarları üçün əlverişli bir imkan olacaq. Hədəfimiz İrana həm məhsul satmaq, həm də İran iş adamları ilə birlikdə məhsul istehsal edib, üçüncü ölkələrə satmaqdır”, - deyə Çağlar qeyd edib.
İstanbul Ticarət Palatasının məlumatına görə, 2015-ci ildə İran sərmayədarları tərəfindən 240 yeni şirkət yaradılıb. Hazırda İstanbulda Palataya üzv, İran sərmayəli 715 min şirkət fəaliyyət göstərir.
Ülviyyə R. Əli
www.oxu.az