"Rəsmilər" verilişinin yeni buraxılışı yayımlanıb.
Budəfəki qonaq Çexiyanın regional inkişaf naziri Petr Kulhanek olub. Söhbət zamanı o, Azərbaycan və Çexiya arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətini, ekoturizmin inkişafı istiqamətində birgə layihələri, eləcə də iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini dəyərləndirib.
Nazir həmçinin alternativ enerji mənbələrindən istifadənin önəmini vurğulayıb və ölkələrimizin ekoloji tərəfdaşlığı daha da gücləndirmək üçün atdığı addımlardan danışıb.
Daha ətraflı Baku TV-nin videomaterialında: