UEFA Çempionlar Liqasının əsas məhələsinin dördüncü turu çərçivəsində keçirilmiş "Pafos" - "Vilyarreal" matçında gözlənilməz nəticə qeydə alınıb.
Oxu.Az xəbər verir ki, görüş ev sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, bu, "Vilyarreal"ın Çempionlar Liqasının əsas məhələsində üçüncü məğlubiyyətidir. Klubun aktivində cəmi bir xal var.
"Pafos" isə cari mərhələdə ilk qələbəsini qazanıb. Kipr təmsilçisi beş xala malikdir.