Bakı-Tbilisi-Ceyhan ( BTC) neft kəmərinin trk operatoru olan Botas International Limited (BİL) şirkəti, Ceyhan neft terminalından neft yüklənməsinin göstəricilərini bildirib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu barədə Botaş-ın rəsmi saytında bildirilib.
“BTC-də neftin yüklənməsinə başlanılan andan (2 iyun 2006-cı il) 2014-cü ilin may ayının 23-nə qədər Ceyhandan 2,535 min tanker neft boşaldılıb”, - məlumatda deyilir.
BTC işə başlayan andan etibarən Ceyhandan boşaldılan neftin ümumilikdə həcmi 1,946 milyard bareldir.
BTC vasitəsi ilə Azeri-Çıraq-Günəşli neft yataqlarından neft və “Şahdəniz” yatağından kondensat ötürülür. 2010-cu ilin iyulunda imzalanmış yeni Sazişə görə borukəməri ilə türkmən nefti də transportasiya edilir. BTC vasitəsi ilə Qazaxstan neftinin də ötürülməsi nəzərdə tutulur. BTC-nin gündəlik qüvvəsi 1.2 milyon bareldir
BTC-nin səhmdarları: BP (30,1%), AzBTC (25%), Chevron (8,9%), Statoil (8,71%), TPAO (6,53%), ENI (5%), Total (5%), Itochu (3,4%), INPEX (2,5%), ConocoPhillips (2,5%) və Hess (2,36%).