“Çilov” yatağındakı 112 saylı özüldən 113 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
Layihə dərinliyi 1500 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılır. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 5 ton neft hasil ediləcək.
Qeyd edək ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçiriləcək.