Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

COP29 çərçivəsində SOCAR ilə "İtalgas" şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb
Noyabrın 12-də COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın "İtalgas" şirkəti arasında əməkdaşlığa dair Saziş imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, Sazişi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "İtalgas" şirkətinin baş icraçı direktoru Paolo Gallo imzalayıblar.
Şirkətlər enerji keçidini və rəqəmsallaşmanı sürətləndirmək məqsədilə qabaqcıl təcrübə və texnologiyaların mübadiləsi, habelə "Picarro" texnologiyasından istifadə edərək qaz sızmasının aşkarlanması vasitəsilə infrastrukturun dekarbonizasiyası, həmçinin mövcud çevik metodologiya vasitəsilə prosesin rəqəmsallaşdırılması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Sənəd tərəflər arasında qazpaylama sahəsində innovasiya, səmərəlilik və davamlılığı təşviq etməyə yönəlmiş strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)" teqi üzrə xəbərlər
- Trampın Yaxın Şərq siyasəti: Azərbaycan amili və dünya yəhudiliyinin yeni təşəbbüsü
- Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq
- SOCAR-ın "yaşıl istiqraz"larının Bakı Fond Birjasında tədavülünə başlanıb
- Bakının iki rayonunda qaz olmayacaq
- Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi