Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
COP29-un yekun qərarlarından birində Bakı Qlobal İqlim Şəffaflığı Platforması yer alıb
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar iclasında Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatların hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub.
AZƏRTAC xəbər verir ki, qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir.
Qərarda COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması yer alıb. Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, ö cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlanıb.
"COP29" teqi üzrə xəbərlər
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Prezident İlham Əliyev: "Ümid edirəm ki, Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq"
- 2024: İlklər və uğurlar ili
- Azərbaycan idmançılarının 2024-cü ildə əldə etdiyi uğurlar
- "Bolt Business": Azərbaycanda korporativ səfərləri yeni səviyyəyə qaldırır