Qazın və işığın bahalaşması çörəyin də qiymətlərinə təsirsiz ötüşməyəcək.
Oxu.Az xəbər verir ki, Bakıdakı çörək istehsalı ilə məşğul olan şirkətlərdən fins.az-a verilən məlumata görə, un məmulatları, o cümlədən çörək bahalaşa bilər.
“Nur” çörək zavodunun satış müdiri Saməddin Məmmədxanov bildirib ki, kommunal xərclərin artması çörəyə iki şəkildə təsir göstərə bilər:
“Ya çörəyin çəkisi dəyişə bilər, ya da qiymətlər artacaq. Amma hələlik bununla bağlı nəsə demək tezdir. Çörəyin bahalaşması Yeni ildən baş verə bilər”.
A.M.