İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən süni qiymət artımı ilə bağlı növbəti reydlər keçirilib.
Xidmətdən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində Telman Pənahova məxsus “Ruslan 93” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
www.oxu.az