Bu gün Yardımlı rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni avtomobil körpüsünün tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar işlər başa çatanadək Yardımlı rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.