Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Daha bir ŞAD XƏBƏR: Bunlar ƏDV-dən azad olunacaq
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir.
Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib.
Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi də qarşıya məqsəd qoyulub.
Əhalinin ərzaq, tibb, digər zəruri məhsullara olan tələbatının qısa müddətdə, daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi də proqramda öz əksini tapıb.
Həmçinin, epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır dərəcə ilə tutulacağı bildirilir.
Aqşin Kərimov
"COVID-19" teqi üzrə xəbərlər
- Amerikalı qadın peyvənddən imtina etdiyi üçün işdən çıxarıldı: Milyonlarla dollar təzminat aldı
- Viruslar yenidən AKTİVLƏŞİR - Qarşıdakı aylarda koronavirusa yoluxma arta BİLƏR?
- Azərbaycanda onlayn təhsil effekt vermir - Ekspert RƏYLƏRİ
- COP29-a gələn qonaqlardan koronavirus testi götürüləcək? - RƏSMİ AÇIQLAMA
- Alimlər sosial canlıların əsas üstünlüklərini və çatışmazlıqlarını açıqladılar