Bakıda daha bir yol təmirə bağlanır.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Abdulvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən Ziya Bünyadov prospekti istiqamətində Kənar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı.
Ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması təmir işləri ilə bağlıdır.
Sürücülərə alternativ olaraq Rövşən Cəfərov və Cavadxan küçələrindən istifadə etmələri tövsiyə olunur.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.

E.Ə.
www.oxu.az