2017-ci ilin sentyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 11,461 min sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosundan (İSB) Oxu.Az-a verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 mln. 488,303 min manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 9463-ü yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1983-ü isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 37% azalma, sığorta haqlarının məbləğində isə 112% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə bağlanmış müqavilələrin sayı 136, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 10590 manat təşkil edib.
L.Ə.