“Ötən gün partlayış Xəzər dənizinin Daşlı adasında baş verib. Orada SOCAR-ın heç bir infrastrukturu yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu SOCAR geologiya və geofizika şöbəsinin rəisi Fərhad İbadov deyib.
Onun sözlərinə görə, baş verən hadisə təbiət hadisəsidir:
“Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə SOCAR-la bağlı yayılan məlumatlar şayiədir”.
O qeyd edib ki, baş verən hadisəni SOCAR rəhbərliyi diqqətdə saxlayıb və bununla bağlı operativ qrup palçıq vulkanının baş verdiyi əraziyə göndərilib.
İlhamə Əbülfət