Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 196,5 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,73% təşkil edib.
Oxu.Az xəbər verir ki, Mərkəzi Bank 150 milyon manat cəlb edəcəyini bəyan etmişdi.
Qeyd edək ki, depozit hərracları izafi pulun dövriyyədən çıxarılması (sterilizasiyası) məqsədilə keçirilir.
U.A.
www.oxu.az