Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Belə ki, bu gün AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 101 milyon manat olub.
Bu barədə Oxu.Az AMB-ə istinadən xəbər verir.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,30% təşkil edib.
U.A.
www.oxu.az