Deputat Vahid Əhmədov bir çox sahələrə vergi güzəştlərinin tətbiq edilməsindən narazılığını ifadə edib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, V.Əhmədov bildirib ki, biz çox vergi güzəştləri tətbiq edirik:
“Bu məsələyə çox ciddi baxmalıyıq. Ciddi vergi güzəştləri edirik. Ancaq bunlar iqtisadiyyatın inkişafına yox, onun ləngiməsinə gətirib çıxarır.
Biz sənaye parklarını 7 il müddətinə vergidən azad etdik. Ancaq mən bunu məqbul saymıram.
Əgər park məhsul istehsal edirsə və işləyirsə, məhsulları xaricə ixrac edirlərsə, daxildə satırlarsa, deməli, vergini verməlidirlər. 7 il müddəti, ümumiyyətlə, çox böyükdür. Bura kənd təsərrüfatı məhsulları da aiddir. Bunların əhatə dairəsi müəyyən olunmalıdır”.
U.A.
www.oxu.az