UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatların AFFA və PFL tərəfindən araşdırılması davam edir.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarda adları hallananların siyahısında dəyişikliklər edib.
Müvafiq komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən iki şəxs araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılır:
“Şahdağ” (Qusar): Uce Cukunyere
“Energetik” (Mingəçevir): Ruslan Həmidov
9 nəfər barəsində AFFA-nın İntizam Komitəsinin 22 noyabr tarixli qərarı araşdırma başa çatana qədər qüvvədə qalıb:
“Şahdağ” (Qusar): İqrar Səmədov, Rafael Kübərov (İnzibatçı)
“Rəvan” (Bakı): Elvin Əliyev, Cəmşid Məhərrəmov
“Göyəzən” (Qazax): Arzuman Vəliyev, Tunar Şahtaxtinski
“Energetik” (Mingəçevir): Elvin Əlizadə, Kamran Lalayev
Hakim: Anar Niyazov
Əvəzində daha 15 futbolçu barəsində İntizam Komitəsinin 22 noyabr tarixli qərarı qüvvədən düşmüş sayılıb:
“Şahdağ” (Qusar): Kamran Ağakərimov, Tofiq Şəfiyev, Mahiddin Ağamov, Faik Ağakərimov
“Rəvan” (Bakı): Əkbər Əhmədov, Fərid Ağayev, Mirqasım Cabbarlı, Omid Masumi, Fərid Quliyev,
“Bakılı” (Bakı): Bəhram Bəhramzadə, Xəzər Qəribov
“Göyəzən” (Qazax): Orxan Əsgərov
“Energetik” (Mingəçevir): Orxan Əlibalayev
“Şərurspor” (Bakı): Mehdi Rəsulov, Samir Musayev
Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.
E.Ə.
www.oxu.az