Bakının bəzi küçələrində sıxlıq müşahidə olunur.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsi (Karl Marks adlanan ərazi) aparılan təmir işləri ilə əlaqədar bağlı olduğu üçün hal-hazırda Həsən Əliyev küçəsində və Azadlıq prospektində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Bundan əlavə, Mikayıl Hüseynov pr. (Azneft dr-si ist.), Tbilisi pr. hər iki ist., Təbriz küç. (şəhər ist.) Ə.Haqverdiyev küç. (Olimp ist.) Rövşən Cəfərov küç. (20 yanvar d-si ist), Eldar Babayev küçələrində (Yeganə şadlıq s-nın yanı) sıxlıq müşahidə olunur.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.

FOTO: NİİM
E.Ə.
www.oxu.az