Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə APA-Economics-ə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
Onun sözlərinə görə, paytaxtın Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar olaraq sabah saat 00:00-dan etibarən dörd gün müddətinə nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
P.Mürsəliyev sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib.