Bakıda daha bir yol təmirə bağlanıb.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, Badamdar şossesinin Abbasqulu Abbaszadə küçəsi ilə kəsişməsindən Badamdar dairəsi istiqamətində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib.
Təmir işlərinin həftə ərzində (6 gün) yekunlaşdırılması planlaşdırılır.
Təmir işlərini Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.
Qeyd edək ki, Bakı şəhərinin yollarında olan son vəziyyətlə bağlı operativ məlumat hər 30 dəqiqədən bir 107.7 – “AvtoFM” radiosunun efirində açıqlanır.
E.Ə.