Bakıda daha bir yol təmirə bağlanır.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan etibarən, Beton yolda (Gəncə prospektindən Hövsan dairəsinə kimi) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

E.Ə.
www.oxu.az